Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət evində Azərbaycan Rəssamlar İttifaqının üzvü Zərifə Seyidəliyevanın “Azərbaycan dekorativ xalq sənəti inciləri” adlı 13-cü fərdi sərgisi keçirilir.
Oktyabrın 9-dək davam edəcək sərgidə Z.Seyidəliyevanın tikmələrindən (quramalar, portretlər, mənzərə və miniatürlər) ibarət 133 əl işi nümayiş etdiriləcək.
Qeyd edək ki, Z.Seyidəliyevanın 500-ə yaxın tikmələrinin bir hissəsi ABŞ, Almaniya, İsrail, İtaliya, İngiltərə, Yaponiya, Polşa, Fransa, İran, Türkiyə və digər ölkələrdə, şəxsi kolleksiyalarda, bir hissəsi isə muzeylərdə saxlanılır.