Oktyabrın 6-dan 11-dək Sankt-Peterburqda gənclərin beynəlxalq kinofestivalı keçiriləcək. Festivala təqdim olunan 380 əsərdən 43 ekran əsəri seçilib. Azərbaycanın sənədli filmi “Lahıc ritmləri” də seçilən filmlər sırasındadır. Qeyd edək ki, “Lahıc ritmləri” filmi 2008-ci ildə “İmper Qrup” prodüser mərkəzində istehsal olunub. Kinonun rejissoru Fariz Əhmədov, ssenari müəllifi Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır.