Oktyabrın 19-dan dekabrın 6-dək İsveçrədə mədəniyyət sahəsində "Azərbaycan - 2009 mövsüm festivalı" reallaşacaq.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq festival çərçivəsində İsveçrənin Bern, Bazel, Cenevrə, Ustere, Sürix və digər şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
   Proqramda kino, teatr, ədəbiyyat, caz və akademik musiqi, həmçinin ənənəvi incəsənət növləri olan - muğam, aşıq musiqisi, rəqslər, pop musiqi və xalçaçılıq təqdim ediləcək. Sərgilər, tamaşalar, konsertlər, mühazirələr və ustad dərsləri təşkil olunacaq.
   Festivalın açılış mərasimində Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri Azərbaycanın Üzeyir Hacıbəyov, Qara Qarayev kimi musiqi korifeylərinin və digər bəstəkarlarının əsərləri səslənəcək.