Dekabrın 14-də Vəcihə Səmədova adına Sərgi salonunda "Kiçik paketlərdəki sənət əsərləri: Amerika rəssamlarının miniatür kitabları" mövzusunda sərgi açılıb.
   Qırx rəssamın əsərlərinin təqdim olunduğu ekspozisiya ABŞ səfirliyinin və Filadelfiyadan olan ustadların - Süzan Riis Xorvits və Robert Roişin dəstəyi ilə həyata keçirilir.
   Açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Miniatür Kitablar Muzeyinin direktoru Zərifə Salahova və başqaları iştirak ediblər.
   Sərgi dekabrın 18-dək davam edəcək.