Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində universitetin regionşünaslıq kafedrasının assistenti, həvəskar rəssam Aybəniz Zeynalovanın qrafik əsərlərindən ibarət ilk fərdi sərgisi açılıb. Sərginin açılışında iştirak edən ADU-nun rektoru Səməd Seyidov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatları Novruz Aslanov, Fərrux Zeynalov gənc rəssamın əsərlərinin məziyyətlərindən, peşəkarlıq xüsusiyyətlərindən danışıblar.
   Qeyd edək ki, A.Zeynalovanın rəsmləri respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş olunub. Budəfəki fərdi sərgidə 20-dək qrafika əsəri təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar