Mayın 17-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda iki türkiyəli və bir azərbaycanlı rəssamın - Zihan Ercivan, Nurullah Aydın və İlqar Ələkbərovun “Ortaq” adlı sərgisi açılıb.
   
   Tədbiri giriş sözü ilə açan Rəssamlar İttifaqının Qrafika şöbəsinin sədri, rəssam Arif Hüseynov sərgini iki qardaş xalqın mədəniyyət sahəsindəki əməkdaşlığının növbəti bariz nümunəsi adlandırıb. Sərginin keçirilmə zərurəti barədə danışan A.Hüseynov bu il İstanbulun “Avropa mədəniyyətinin paytaxtı” elan olunduğunu seçildiyini, türkiyəli və azərbaycanlı rəssamların birgə sərgilərinin bu çərçivədə keçirildiyini bildirdi. Daha sonra çıxış edən əməkdar rəssam, sənətşünas Ziyadxan Əliyev belə layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
   Qeyd edək ki, sərgi mayın 22-dək davam edəcək.
   Eldar İbrahimoğlu