Bakıdakı Müasir İncəsənət Mərkəzində “La Vie en Rouge” (Qırmızı Boyalı Həyat) adlı müasir təsviri sənət sərgisi açılıb. Sərgi layihəsi Polşanın paytaxtı Varşavada yerləşən məşhur «Uyazdovski Qəsri - Müasir İncəsənət Mərkəzi»ndə nümayiş üçün tərtib olunub və 2009-cu ilin iyun-avqust aylarında “Transkuakaziya” Mədəniyyət Festivalı çərçivəsində təqdim edilib. Bakıda sərgilənən Azərbaycan, Danimarka, ABŞ və Finlandiya rəssamlarının rəngkarlıq, qrafika, foto, obyekt və videoart formalarında sənət əsərlərini birləşdirən əsas element qırmızı rəngdir. Eyni rəng ən müxtəlif, bəzən bir-birinə tam zidd ideya və hisslərin tərənnümü və rəmzi kimi vasitə ilə seçilir. Bununla belə sərgilənən əsərlər, müxtəlif tərzdə yozula bilər, bu isə hər bir tamaşaçının mövqeyi və mədəni yaddaşından asılıdır.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar