Mayın 26-da Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” art qalereyasının birgə təşkilatçılığı ilə “Qız qalası” Beynəlxalq incəsənət festivalına start veriləcək. Festival Azərbaycanın qədim abidələrindən olan Qız qalasının dünyada tanınması və populyarlaşdırılması məqsədi daşıyır.
   UNESCO-nun dünya irs siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan bu abidə Azərbaycan memarlığının incisi olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir.
   Qeyd edək ki, layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz milli üslublarında Qız qalasının kiçik maketlərini naxışlarla bəzəyərək, fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.
   Sərgi mayın 28-dək davam edəcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar