Azərbaycanın müxtəlif bölgələrində həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgilər keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə daha bir sərgi iyulun 6-da Balakən rayonunda təşkil olunub. Mərkəzin Təsviri sənət və sərgilər bölməsinin müdiri Rafiq Quliyevin verdiyi məlumata görə, Balakən rayonunda keçirilən sərgidə 9 rayon üzrə 70-ə qədər müəllifin 320-ə qədər əsəri nümayiş etdirilib.
   Qeyd edək ki, mərkəzin təşkilatçılığı ilə ilk sərgi Cəlilabad rayonunda təşkil olunub. Növbəti zona birincilikləri Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində təşkil olunacaq. Seçilən ən yaxşı əsərlər respublika mərhələsində nümayiş etdiriləcək.
   Ceyhun