Müasir İncəsənət Mərkəzində Teymur və Mahmud Rüstəmovların "Mövzu" adlı sərgisi açılıb. Sərgidə gənc heykəltəraşların Bakı şəhərinin bəzədilməsi istiqamətində hazırlanmış 30-a yaxın heykəltəraşlıq işi, layihə və təklifləri (“Fətəli xanın heykəli”, “Zərdüştün heykəli”, “İstiqlaliyyət layihəsi”, “Ev üçün mayak”, “Ördəklər-gəlinciklər-təyyarələr” və s.) nümayiş olunur. Sərgi noyabrın 6-dək davam edəcək.
      
   Onu da qeyd edək ki, Rüstəmov qardaşları məşhur Azərbaycan heykəltəraşı, 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, orijinal heykəltəraşlıq işlərinin müəllifi (Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsi) Aslan Rüstəmovun oğullarıdır.
   Xocalı soyqırımı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsi heykəltəraş Rüstəmovların (ata və oğullar) əl işləridir.