Tofiq İsmayılov adına “Uşaq dünyası” rəsm qalereyasında gənc rəssam Lalə Fəxrinin əsərlərindən ibarət sərgi açılıb. Lalə Fəxri ilk fərdi sərgisini mərhum babası Tofiq İsmayılovun xatirəsinə ithaf edib.
   Ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi ərazisində vurduqları vertolyotda babasını itirən Lalə 19 il sonra o hadisə ilə bağlı hisslərini yaratdığı əsərlərdə əks etdirib. Müəllifin əsərlərində daha çox kosmosa bağlılıq hiss olunur.
   Sərgidə rəssamın 23 əsəri təqdim edilir. Rəsmlər həm əl işi, həm də kompyuter qrafikası ilə hazırlanıb.
   Gənc olmasına baxmayaraq Lalə bir neçə beynəlxalq sərgidə iştirak edib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan rəssam gələcəkdə də belə sərgilər təşkil edəcəyini vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar