Azərbaycan Dövlət Film Fondu ilə Ukrayna Dövlət Kino Arxivi arasında qarşılıqlı əməkdaşlıq, filmlərin qorunması və bərpası haqqında müqavilə imzalanıb. Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin sözlərinə görə, rəhbərlik etdiyi nümayəndə heyətinin Ukrayna Dövlət Kino Arxivinə bir həftəlik ezamiyyəti mayın 16-da başa çatıb: “Arxivdə işləyən zaman orada Azərbaycan və Bakı ilə bağlı ötən əsrin 20-30-cu illərinə aid unikal, qiymətli fotosənədlər tapdıq. Həmin fotosənədlərin surətlərini Azərbaycan Dövlət Film Fonduna gətirdik. Bundan başqa, ötən əsrin 50-60-cı illərinə aid 40-dan çox kinoxronika aşkarladıq”.
Qeyd edək ki, bu kinoxronikalar mədəniyyət, incəsənət və elm xadimlərimiz haqqındadır. Direktor bildirdi ki, bir müddət sonra müqavilə əsasında həmin xronikaların da surətləri Dövlət Film Fonduna gətiriləcək.