Azərbaycanlı karikaturaçı rəssam Yavər Əsədov Çində keçirilmiş V Beynəlxalq Karikatura müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətindən bildiriblər ki, ənənəvi təşkil olunan müsabiqədə 30-a yaxın ölkədən yüzlərlə rəssam iştirak edib. “Ekologiya ilə ətraf mühit” mövzusuna həsr olunmuş müsabiqədə Yavər Əsədov fəxri diplom və pul mükafatı qazanıb.
   Həmyerlimizin əsəri müsabiqənin ən yaxşı karikaturalarından ibarət kataloqa daxil edilib.