Təbrizdə keçirilən Birinci Beynəlxalq karikatura müsabiqəsində münsiflər heyətinin üzvü kimi ölkəmiz də uğurla təmsil olunub. İran, Azərbaycan və Türkiyənin tanınmış karikaturaçı rəssamlarının daxil olduğu münsiflər heyəti 54 ölkədən qəbul olunmuş 300-dən çox əsəri qiymətləndiriblər. Azərbaycanın tanınmış karikaturaçı rəssamı Yavər Əsədov müsabiqənin xüsusi mükafatına layiq görülüb.