Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” rəsm qalereyasında Böyük Britaniyada yaşayan azərbaycanlı rəssam Kəbirə Əliyevanın “Zoroastrian Footprint” (“Zərdüştün İzi”) adlı rəsm əsərlərindən ibarət fərdi sərgisi açılıb. Sərgidə rəssamın hind mürəkkəbi, akvarel, akril və metal boyalarla papirus və kağız üzərində çəkilmiş etnik istiqamətli qrafik işləri, buta rəsmlərindən ibarət 50-yə yaxın əsəri nümayiş olunur. Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Xalq rəssamı Arif Hüseynov, rəssam Eldar Ağamalov çıxış edərək Kəbirə Əliyevanın yaradıcılığından söhbət açıblar.
   1982-ci ildə Bakıda anadan olan Kəbirə Əliyeva 3 yaşında rəsm çəkməyə başlayıb. Sonra ailəsi ilə birlikdə Türkiyəyə köçüb, hazırda Böyük Britaniyada yaşayır.