Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində rəssamların yaradıcılıq emalatxanası təşkil olunub. Bölgələrdə təsviri sənətin inkişaf etdirilməsi, incəsənətə marağın artırılması məqsədilə keçirilən tədbir iyunun 6-dan 13-dək davam edib.
   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynovun verdiyi məlumata görə, emalatxanada Lənkəran şəhəri və cənub rayonlarından gənc rəssamlar iştirak ediblər. Açıq hava altında təşkil olunan emalatxanada Bakıdan gələn istedadlı rəssamlar tərəfindən ustad dərsləri və məşğələlər keçirilib. Yaradılan rəsm əsərləri - kətan üzərinə yağlı boya ilə çəkilmiş 22 əsər və 6 akvarel Lənkəran Dövlət Rəsm Qalereyasının fonduna verilib.
   E.Hüseynov onu da bildirib ki, rəssamların daha bir yaradıcılıq emalatxanası iyunun 17-dən 24-dək Xaçmazda təşkil ediləcək. Emalatxanada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan gənc rəssamlar iştirak edəcək. Çəkilən əsərlər Xaçmaz Dövlət Rəsm Qalereyasının fonduna veriləcək.

   Ceyhun