Naxçıvanda məşhur türk rəssamı Hüseyn Yıldırımın fərdi sərgisinin açılış mərasimi olub. Sərgi Naxçıvanda Türkiyə Baş Konsulluğunun sərgi salonunda baş tutub. Mərasimi Türkiyənin Naxçıvandakı baş konsulu Ayhan Enginar açaraq ölkəsinin tanınmış rəssamlarından olan Hüseyn Yıldırımın sərgisinin keçirilməsindən məmnun olduğunu bildirib: “Bu cür mədəni fəaliyyətlər qardaş Azərbaycan və Türkiyə xalqlarını daha da yaxınlaşdırır”.
Rəssam Hüseyn Yıldırım da çıxışı zamanı Naxçıvanda sərgisinin açılmasından məmnunluğunu dilə gətirib. Sərgidə Hüseyn Yıldırımın akvarel və yağlı boya ilə işlədiyi 16 əsəri nümayiş olunub. Sərgi üç gün davam edəcək.