Sentyabrın 5-dən 10-dək Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan Avropa Cəmiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi ilə bu şəhərdə yaşayan azərbaycanlı rəssam Kəbirə Əliyevanın fərdi sərgisi keçiriləcək.
   Azərbaycan Avropa Cəmiyyətinin saytında yer alan məlumata görə, gənc rəssam Kəbirə Əliyevanın sərgisi Londonun nüfuzlu Moll Qalereyasında (Mall Galeries) təşkil olunacaq.
   Sərgi müddətində azərbaycanlı skripkaçı Səbinə Rakçeyevanın rəhbərlik etdiyi qrupun “Anveyld” (“Unveiled”) adlı ilk albomundan səslənəcək musiqi nömrələri rəssam Kəbirə Əliyevanın əsərləri ilə harmoniya təşkil edəcək.