Bakı Şəhər Dövlət Yol Polisinin internet sosial şəbəkələrində elan edilən “Avtoxuliqanlığa qarşı birgə mübarizə aparaq” mövzusunda karikatura müsabiqəsinə yekun vurulub. Avqustun 2-də Beynəlxalq Mətbuat Mərkəzində qaliblərin mükafatlandırma mərasimi keçirildi.
   Tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd avtoxuliqanları ictimai qınağa çəkməkdir. Qeyd olundu ki, müsabiqəyə 86 karikatura təqdim edilsə də, mövzuya və müsabiqə şərtlərinə uyğun olmadığına görə 31 karikatura müsabiqədə iştirak etməyib. Nəticədə 55 karikatura müsabiqədə iştirak edib. Müsabiqənin nəticələrinə görə, I yerə 300 manat, II yerə 200 manat, III yerə görə 100 manat pul mükafatı verilib. Bundan başqa, müsabiqənin bütün iştirakçılarına həvəsləndirici hədiyyələr təqdim olunub.
   
   Ceyhun