Azərbaycan Dövlət Rəqs Ansamblı Türkiyənin Samsun vilayətinin Havza rayonunda keçirilən Ramazan şənliklərində iştirak edib. Havza bələdiyyəsinin təşkil etdiyi şənliyin ilk günündə ansambl geniş proqramla çıxış edib. Proqramda Azərbaycanın ən populyar xalq rəqsləri təqdim edilib. Ansamblın ifası alqışlarla qarşılanb.
   Havza bələdiyyəsinin sədri Murad İkiz belə mədəni proqramların bölgə əhalisinin Ramazan ayını xoş ovqat və qarşılıqlı mehribanlıq şəraitində keçirməsi məqsədi daşıdığını bildirib. Ramazan şənlikləri ay ərzində davam edəcək.