Azərbaycanın tanınmış karikaturaçı rəssamı Seyran Cəfərli Polşada keçirilmiş 13-cü “Debuit” Beynəlxalq karikatura müsabiqəsinin qalibi olub. Rəssam bildirib ki, yarışmaya 51 ölkədən 334 karikaturaçı 743 əsərlə qatılıb. Karikaturaçımızın əsəri münsiflər heyəti tərəfindən seçilərək, Polşa Karikatura Muzeyinin xüsusi mükafatına layiq görülüb. Yeri gəlmişkən, bu, S. Cəfərlinin indiyədək qazandığı sayca 100-cü mükafatdır. Qeyd edək ki, bir qədər əvvəl rəssam Çexiyada keçirilmiş 9-cu Beynəlxalq karikatura müsabiqəsində mükafata layiq ilk 5 yerdən birini tutmuşdu.
   Karikaturaçı Çində keçiriləcək nüfuzlu AYACC Beynəlxalq karikatura yarışmasına hazırlaşır. Müsabiqənin münsiflər heyətində yer alacaq S. Cəfərli avqustun 22-də Çinin Guanji şəhərinə yola düşəcək.\