Sentyabrın 6-dan 11-dək Türkiyənin Mersin bölgəsinin Taşucu qəsəbəsində beynəlxalq festival keçiriləcək. Festivalda Azərbaycan Dövlət Rəqs Ansamblı da iştirak edəcək. Ansamblın ifasında ən populyar xalq rəqslərimiz təqdim olunacaq.
   Festivalın təşkilat komitəsinin rəhbəri və Taşucu bələdiyyəsinin sədri Yaşar Açıkbaş mediaya açıqlamasında artıq festivala hazırlıq işlərinin yekunlaşdığını bildirib.
   Festival çərçivəsində iştirakçılar bölgənin tarixi və turizm məkanları ilə də tanış olacaqlar.