Sentyabrın 9-dan 18-dək Ankaranın Etimesqut rayonu bələdiyyəsinin təşkilatçılığı ilə “Anadolu günləri” Beynəlxalq mədəniyyət və incəsənət festivalı keçiriləcək. Festival çərçivəsində türkdilli ölkələrin incəsənət gecələri təşkil olunacaq. Bu sırada birinci olaraq sentyabrın 9-da keçiriləcək Azərbaycan gecəsində xalq mahnılarımız və milli rəqslərimiz ifa ediləcək. Həmin gün festival meydanında ölkəmizin Türkiyədəki səfirliyinin hazırladığı “Azərbaycan guşəsi”ndə isə qədim adət-ənənələrimizin əks olunduğu eksponatlar nümayiş etdiriləcək.
   Festival çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan gecələri də keçiriləcək.