Böyük Britaniyanın paytaxtında gənc azərbaycanlı rəssam Kəbirə Əliyevanın ikinci fərdi sərgisi açılıb. Londonun məşhur “Mall Galleries” sərgi salonunda “ZANN” adı altında keçirilən tədbirdə Kəbirə Əliyevanın ən maraqlı əsərləri təqdim olunub.
   Kəbirə Əliyeva Bakıda doğulub. Hələ kiçik yaşlarından rəssamlığa həvəs göstərib, müxtəlif janrlarda əsərlər çəkib. Hazırda Londonda yaşayır. “ZANN” isə eksperiment xarakteri daşıyır. Gənc rəssamın müxtəlif mədəniyyətlərdən qaynaqlanan yaradıcılığı həm əcnəbi tamaşaçılara Azərbaycan, onun qədim, zəngin və təkrarsız mədəni tarixindən söhbət açmaq, həm də xaricdə yaşayan həmvətənlərimizin diqqətini “Vətən” adlı böyük tabloda birləşdirmək məqsədi güdür.
   Sərgi sentyabrın 10-dək davam edəcək.