Litvanın paytaxtı Vilnüsdə azərbaycanlı rəssam Mir Teymur Məmmədovun fərdi sərgisi keçirilib. “Azeri.lt” portalı və Vilnüs Pedaqoji Universitetinin təşkilatçılığı ilə gerçəkləşən sərginin əsas mövzusu Azərbaycandır. Azərbaycana həsr olunan əsərlərin kolorit və energetikası bütün qonaqları valeh edib.
   Rəssam Azərbaycanı dünyaya yeni koloritdə təqdim etmək istədiyini söyləyib. Sərgini tələbələr, incəsənət nümayəndələri ziyarət ediblər. Sərginin nümayişi noyabrın 28-dək davam edəcək. Sonra əsərlərin digər universitetlərdə və qalereyalarda nümayiş olunacağı nəzərdə tutulur.