![](/img/news/700x420/9104.jpg)
Rusiya Prezidentinin fərmanı ilə 2012-ci il “Rusiya tarixi ili” elan edilib. Bütün Rusiyada 1812-ci il müharibəsində rus silahının qələbəsinin 200 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilir. Rusiya Federasiyasının “Rusiyanın döyüş şöhrəti və xatirə günləri haqqında” federal qanunu ilə 8 sentyabr - Mixail Kutuzovun komandanlığı ilə rus ordusunun Napoleon ordusu ilə Borodino döyüşü günü Rusiyanın “Döyüş Şöhrəti Günü” elan olunub.
Sərgini Rusiya Federasiyasının MDB-dəki daimi nümayəndəsi İqor Qromıko açıb.
Mərasimdə MDB ölkələrinin səfirləri və daimi nümayəndələri, MDB İcraiyyə Komitəsinin rəhbərliyi iştirak edib.