Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddəki Milli İncəsənət Muzeyində keçiriləcək “Azərbaycanın sehrli ilmələri” adlı xalça sərgisində iştirak etmək üçün Özbəkistana gedib. Nümayəndə heyətinin ölkəmizin Özbəkistandakı səfirliyinin əməkdaşları ilə görüşü keçirilib.
Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev səfirliyin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirlər haqqında məlumat verib, Özbəkistanın Mədəniyyət və İncəsənət Forumu Fondunun xətti ilə Daşkənddə keçirilən müxtəlif layihələr barədə danışıb.
Röya Tağıyeva rəhbərlik etdiyi muzeydə mühafizə olunan Azərbaycan xalçalarından danışıb, dünyanın müxtəlif ölkələrində muzeyin iştirakı ilə keçirilən tədbirlər haqqında məlumat verib, Romada keçirilən sərginin kataloqu, “Azərbaycan xalçaları” kitabı və digər nəşrləri səfirliyə hədiyyə edib.