![](/img/news/700x420/9583.jpg)
“Direktorenhaus” incəsənət qalereyasında keçiriləcək sərgidə azərbaycanlı rəssamlar Şəhla Qəhrəmanlının qrafika üslubunda, Nərminə Vəliyevanın yağlı boya, alban mənşəli Almaniya rəssamı Nizaket Sinanovska və Simone Vestfalın sulu və yağlı boya ilə çəkilmiş rəsm əsərləri təqdim olunacaq.
Azərbaycan rəssamlarının “Xarı bülbül”, “Şuşa məscidi”, “Xudafərin körpüsü”, “Qarabağ atları”, “Neft buruqları”, “Qız qalası” və digər məzmunlu 30 rəsm əsəri nümayiş etdiriləcək.