Noyabrın 23-dən dekabrın 1-dək Berlində “Rənglərin dialoqu: Azərbaycan-Almaniya” müştərək sərgisi təşkil olunacaq. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və “Sönməz Məşəl Mədəni Əlaqələr” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
“Direktorenhaus” incəsənət qalereyasında keçiriləcək sərgidə azərbaycanlı rəssamlar Şəhla Qəhrəmanlının qrafika üslubunda, Nərminə Vəliyevanın yağlı boya, alban mənşəli Almaniya rəssamı Nizaket Sinanovska və Simone Vestfalın sulu və yağlı boya ilə çəkilmiş rəsm əsərləri təqdim olunacaq.
Azərbaycan rəssamlarının “Xarı bülbül”, “Şuşa məscidi”, “Xudafərin körpüsü”, “Qarabağ atları”, “Neft buruqları”, “Qız qalası” və digər məzmunlu 30 rəsm əsəri nümayiş etdiriləcək.