Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə martın 9-dan 19-dək ölkəmizdə keçiriləcək “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində dünyanın tanınmış musiqiçilərinin konsertləri də nəzərdə tutulub. Martın 18-də Heydər Əliyev Sarayında flamenko rəqsinin mahir ifaçısı, aktyor, xoreoqraf, dünya şöhrətli ispan rəqqas Joaquin Cortesin iştirakı ilə konsert proqramı keçiriləcək. 20-dən çox musiqiçinin müşayiət edəcəyi konsertdə Cortes özünün yeni “Disen De Mi” adlı möhtəşəm rəqs proqramını təqdim edəcək.