Mayın 18-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Beynəlxalq Muzeylər Günü münasibətilə “Yeni adlar” adlı sərgi keçirilib. Sərgidə 70-dən çox əsər nümayiş olunub. 
   Muzeyin direktoru Fəridə Şəmsi mədəniyyət ocağında Beynəlxalq Muzeylər Gününün hər il müxtəlif tədbirlərlə qeyd olunduğunu nəzərə çatdırıb. Bildirilib ki, budəfəki sərgidə 27 gənc rəssamın 90-a yaxın əsəri nümayiş olunur.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək gənc rəssamları təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıblar.
   Sərgidə nümayiş olunan “Müdrik qoca”, “Bakı”, “Nura gedən yol”, “Qarlı dağlar”, “Günəbaxan”, “Əyilmiş budaqlar”, “Neft daşları”, “Quba”, “Təbiət”, “İçərişəhər”, “Avtoportret”, “Kəpəzin görüntüsü”, “Zanbaqlar”, “Qədim qala” və s. əsərlər maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar