İyunun 14-də Muzey Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş “Əsrlər-nəsillər” mövzusunda təsviri incəsənət sərgisi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə tarixi mövzularda çəkilmiş rəsmlər nümayiş olunacaq. Muzey Mərkəzindən bildiriblər ki, iyunun 17-dək davam edəcək sərgidə tanınmış və gənc rəssamların əsərləri təqdim ediləcək.