Rumıniyanın paytaxtı Buxarestdə “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi tərəfindən azərbaycanlı uşaqların rəsm sərgisinin açılış mərasimi keçirilib.
   
   Tədbir Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyi ilə Rumıniya Milli Kitabxanasında baş tutub.
   Açılışda Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, layihənin koordinatoru, Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
   Sərgidə azərbaycanlı məcburi köçkün uşaqların, T.İsmayılov və Nizami adına uşaq-gənclər yaradıcılıq mərkəzlərinin, Respublika İncəsənət yaradıcılıq mərkəzinin və Bakı şəhəri gənc turistlər və diyarşünaslıq mərkəzinin şagirdlərinin çəkdiyi rəsmlər nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar