İyunun 4-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam İsmayıl Məmmədovun fərdi sərgisi açılıb. Sərgidə rəssamın 50-dən çox əsəri nümayiş etdirilib.
   
   Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, görkəmli kinorejissor, Xalq artisti Oqtay Mirqasımov və başqaları çıxış edərək rəssamın özünəməxsus yaradıcılıq üslubundan söz açıblar.
   Bildirilib ki, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsində oxuduğu illərdən kitab qrafikası ilə məşğul olmağa başlayan İsmayıl Məmmədov ilk əsərlərindən diqqəti cəlb edib. İstedadlı boyakar və qrafika ustası teatr rəssamlığı ilə ciddi məşğul olur. O, Akademik Milli Dram Teatrında onlarla tamaşaya bədii tərtibat verib.
   Tədbirdə sənətkara yeni-yeni yaradıcılıq uğurları arzulayan çıxışçılar onun Azərbaycan rəssamlığının inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər. Sərgiyə gələnlərə minnətdarlığını bildirən rəssam bundan sonra da yeni əsərləri ilə sənətsevərlərin görüşünə gələcəyini söyləyib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar