Rəssam Səməni Qasımzadənin fərdi sərgisi
   
   İyunun 7-də Muzey Mərkəzinin incəsənət qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə qobelençi-rəssam Səməni Qasımzadənin fərdi sərgisi açıldı.
   
   Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimində çıxış edən Azərbaycan Memarlar İttifaqının katibi Elçin Əliyev, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov tədbirin əhəmiyyətindən danışdılar.
   Bildirildi ki, xalqımızın tarixini xalçasız, kilimsiz təsəvvür etmək çətindir. Son vaxtlar müasir üslubda qobelenlər ərsəyə gəlir, bir çox fırça ustaları bu gözəl və təkrarsız sənətə müraciət edirlər. Səməni Qasımzadə artıq 25 ildir ki, qobelen sənəti ilə məşğuldur və bir çox sərgilərdə uğurla iştirak edib.
   Səməni Qasımzadə isə çıxışında qeyd etdi ki, bədii tətbiqi sənətin bir qolu olan qobelen orijinal yanaşma nəticəsində daha da inkişaf edir və maraqlı əsərlər yaranır: "Xalq tətbiqi sənətində ornamentlərlə həyata qədəm qoyan kilim bu gün bədii tətbiqi sənətdə tematik əsərlərlə öz sözünü deməkdədir. İstərdim ki, öz yaradıcılığımla bu sahəyə bir damla da olsa töhfə verim, dünyaya baxışımı və həyat anlarını qobelendə yaşadım".
   Daha sonra sərgiyə baxış keçirildi. İyunun 11-dək davam edən sərgidə rəssamın müxtəlif mövzularda 30-dan çox əl işi nümayiş etdirilirdi. Böyük maraqla qarşılanan qobelenlər bu sənətin unikallığını, milliliyini bir daha sübut etmiş oldu.
   Qeyd edək ki, Səməni Qasımzadə 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Müxtəlif sərgilərin iştirakçısı olub, Azərbaycan Rəssamlar və Dizaynerlər ittifaqlarının üzvüdür.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar