Pikasso, Matis, Qoqen və Monenin əsərləri nadanlığın qurbanı olub
   
   Ötən il Niderlandın Rotterdam şəhərindəki Rəssamlıq Muzeyindən (Kunsthal) oğurlanmış tablolar Rumıniyada yandırılıb. Məşhur rəssamların rəsmlərini muzeydə iri oğurluq hadisəsinin iştirakçısı olmaqda şübhəli bilinən cinayətkarlardan birinin anası yandırıb. Qadının sözlərinə görə, 2013-cü ilin yanvarında oğlunun həbs olunduğunu öyrəndikdən sonra bütün dəlil-sübutları məhv etmək qərarına gəlib. Sobada yandırılmış incəsənət əsərlərinin təxmini qiyməti 100 milyon avrodur.
   Xatırladaq ki, 2012-ci il oktyabrın 16-da Rotterdam Rəssamlıq Muzeyindən yeddi rəsm əsəri oğurlanıb. Oğrular Klod Monenin “Vaterloo körpüsü” və “Çarinq-Kros körpüsü”, Pablo Pikassonun “Arlekinin başı”, Pol Qoqenin “Açıq pəncərə önündə dayanan qadın”, Anri Matisin “Kitab oxuyan qız”, Lüsyen Freydin “Gözləri qapalı qadın”, Meyer de Haanın “Avtoportret” əsərlərini ələ keçiriblər. Məşhur tablolar qalereyanın 20 illiyi münasibətilə təşkil edilən ekspozisiyada sərgilənirdi.
   Muzeyin qarət edilməsi ilə bağlı iş üzrə ilk həbslər bu ilin yanvarında Rumıniyada aparılmış və bu ölkənin üç vətəndaşı həbs olunmuşdu. Sonralar onlara qarşı rəsmi ittihamlar irəli sürüldü. Ümumilikdə isə cinayət işində altı nəfərin adı hallanır. Onların məhkəməsi bu ilin avqustunda olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar