Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin mərkəzi Marşal Tito meydanında “Xocalıdan Srebrenitsaya” adlı foto və rəsm sərgisi keçirilib. Sərgi “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüsü ilə gerçəkləşən “Xocalıdan Srebrenitsaya: soyqırımı və etnik təmizləmənin qarşısının alınması” adlı simpoziumun nəticəsi olaraq təşkil edilib.
   Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilən sərgidə rəssam Nazim Məmmədovun Xocalı qətliamını əks etdirən əsərləri, həmçinin Xocalıda çəkilmiş fotoşəkillər nümayiş etdirilib. Sərgi ilə yanaşı, iyulun 11-də - Srebrenitsa soyqırımının anım günündə Bosniyanın ən iri ticarət mərkəzi olan “Sarayevo Mall”un fasadında quraşdırılmış monitorda Xocalı və Srebrenitsa soyqırımları zamanı dinc əhalinin itkilərini əks etdirən rəqəmlər nümayiş etdirilib.
   
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar