Amsterdamlı gənc və istedadlı rəssam Cozef Klibanski özünəməxsus yeni üslubu sayəsində dünya şöhrəti qazanıb. Onun üslubunu “parlaq rənglərdə innovasiyalı yaradıcılıq” kimi xarakterizə etmək olar.
   
   Yeni təəssüratlar axtarışlarında olan gənc rəssam dünyanı gəzib-dolanır. Sinqapur, Nyu-York, Paris, Dubay kimi iri şəhərlər C.Klibanskinin yaradıcılığında sevimli mövzulardandır. Bu yaxınlarda Bakıda olan rəssam şəhərin memarlığının və tikinti işlərinin inkişaf dinamikasına heyran qaldığını bildirib. O, “Facebook” sosial şəbəkəsindəki səhifəsində () yazıb: “İndicə qeyri-adi gözəlliyə malik Bakı şəhərinə gəlmişəm”. Onun bu sözləri sənətsevərlər arasında ajiotaja səbəb olub.
   Bakıda olduğu qısa müddətdə Cozef paytaxtın qədim və yeni memarlıq inciləri: Alov Qüllələri, Zaha Hadidin heyrətamiz layihəsi - Heydər Əliyev Mərkəzi ilə tanış olub.
   Rəssam “Bakı Ağ şəhər” (“Baku White City”) şəhərsalma layihəsinin ofisində də olub. “Məşhur “Qara şəhər”in yerində mahiyyətinə və ifadəsinə görə ziddiyyət təşkil edən “Ağ şəhər”in salınması ideyası, bütün dahiyanə ideyalar kimi sadə və buna görə də gözəldir. Onun həyata keçirilməsi dünya memarlığı baxımından hörmətə, layihə özü isə dərin diqqətə layiqdir”, - deyə o bildirib.
   C.Klibanski müasir layihələrin Bakının orijinal memarlığına xələl gətirmədiyini, əksinə, onu tamamladığını vurğulayıb. O, bütün bunları gələcək əsərlərində təsvir edəcəyini deyib.
   Onun əsərləri müxtəlif təsvirlərin “mozaika”sını, tamamilə yeni, dinamik, maraqlı mənzərələri ifadə edir. Müasir texnologiyalardan - kompyuter sənəti, qrafika texnikası, əlyazmalar və rəqəmsal təsvirlərindən istifadə edən rəssamın əsərlərini son dərəcə güclü müsbət enerji birləşdirir. Müasir sənətşünaslar onun yaradıcılığını “Yolçunu yoldan edən sənət” adlandırırlar. Hollandiyalı rəssamın sözlərinə görə, o, Bakıdan zəngin ideyalar və onları ifadə etmək ehtirası, eləcə də buraya yenidən qayıtmaq arzusu ilə ayrılır. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar