2013-cü ilin “Türk dünyası mədəniyyət paytaxtı” olan Əskişəhərdə 16-cı TÜRKSOY “Rəssamlar görüşü” başa çatıb. TÜRKSOY-un 20 illik yubileyi münasibətilə tədbirlər çərçivəsində Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) ilə birgə təşkil olunan görüşdə 18 türkdilli ölkə və diyardan rəssamlar, o cümlədən Azərbaycandan Məhsəti İbrahimova iştirak edib.
   İyulun 1-dən etibarən davam edən sənət görüşünün yekunu olaraq ərsəyə gələn əsərlər iyulun 14-də sənətsevərlərə təqdim olunub.
   Sərginin açılışına Əskişəhər valisi Güngör Əzim Tuna, TÜRKSOY baş katibinin müavini Fırat Purtaş, mədəniyyət xadimləri, sənətsevərlər qatılıb. Mərasimdə TÜRKSOY “Rəssamlar görüşü”nün iştirakçılarına təşəkkürnamələr təqdim edilib. Qeyd edək ki, 1997-ci ildən ənənəvi olaraq təşkil olunan “Rəssamlar görüşü” türk dünyasının təsviri sənət ustalarını bir araya gətirir. İndiyədək bu tədbirlərə 200-dən çox rəssam qatılıb. Onların yaratdıqları əsərlər TÜRKSOY-un rəsm kolleksiyasında saxlanılır.
   İyulun 17-dək davam edəcək budəfəki sərgidə nümayiş olunan əsərlər də sənət kolleksiyasında yer alacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar