Modelyer-dizaynerlər əl şlərini nümayiş etdiriblər
   
   Xəbər verdiyimiz kimi, Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə türkdilli dövlətlərin gənclərinin beynəlxalq yaradıcılıq festivalı keçirilir. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan gənclər iştirak edirlər.
   Festivalın məqsədi türkdilli dövlətlərin gənclərinin mədəni və mənəvi nailiyyətlərinin mübadiləsi vasitəsilə mədəni platformanın yaradılması və yaradıcı gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, türkdilli xalqların mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğidir.
   Festival 6 nominasiya - vokal, rəqs, ifaçılıq, moda, foto və dekorativ-tətbiqi sənət nominasiyaları üzrə keçirilir. Türkdilli dövlətlərin xalqlarının ümumi cəhətləri ilə yanaşı, onların özünəməxsus milli koloritləri də vardır ki, festival çərçivəsində bu cəhətlər moda, rəqs, foto və digər vasitələrlə diqqətə çatdırılır.
   İyulun 24-də “Art Garden” incəsənət qalereyasında festival çərçivəsində gənc modelyer-dizaynerlərin moda nümayişi keçirilib.
   Nümayiş etdirilən hər bir geyim fərqlidir, lakin onları birləşdirən ümumi cəhət gənc, istedadlı, perspektivli modelyer-dizaynerlər tərəfindən hazırlanmasıdır.
   Türk ölkələrinin gənc modelyer-dizaynerlərinin əl işləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
   
   Gənc fotoqrafların əsərlərinin sərgisi və qala-konsert
   
   İyulun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın yekun tədbirləri - gənc fotoqrafların əsərlərinin sərgisi və qala-konsert olub.
   Tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində türkdilli ölkələrin iqtisadi, sosial, mədəni həyatının, təbiətinin əks olunduğu fotosərgini böyük maraqla seyr ediblər.
   Filarmoniyanın geniş salonunda toplaşan tədbir iştirakçılarına festival barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ilk dəfə keçirilən bu festival davamlı və uzunömürlü olacaq.
   Azərbaycanın “Bayram rəqsi” ilə başlanan qala-konsert digər türkdilli dövlətlərin incəsənət ustalarının ifasında maraqlı musiqi nömrələri ilə davam edib.
   Sonda festival iştirakçılarına diplomlar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar