Növ­bə­ti səy­yar sər­gi İs­ma­yıl­lı­da ke­çi­ri­lib

“Ba­ku Crea­ti­ve Cen­ter” ya­ra­dı­cı­lıq mər­kə­zi­nin Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi və “Nar mo­bi­le”­nin baş spon­sor­lu­ğu ilə hə­ya­ta ke­çir­di­yi “A­zər­bay­can İn­cə­sə­nət Fes­ti­va­lı” re­gion­lar­da səy­yar sər­gi­lər­lə da­vam edir. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin “Pay­taxt­dan böl­gə­lə­rə” la­yi­hə­si­nin növ­bə­ti mər­hə­lə­si ola­raq ger­çək­lə­şən “A­zər­bay­can İn­cə­sə­nət Fes­ti­va­lı” qa­le­re­ya­ya ma­lik şə­hər və ra­yon­la­rın əra­zi­si­ni əha­tə edir və hər re­gion­da iki gün müd­də­tin­də ke­çi­ri­lir.
İn­cə­sə­nət fes­ti­va­lı çər­çi­və­sin­də növ­bə­ti, sək­ki­zin­ci səy­yar sər­gi İs­ma­yıl­lı Ra­yon Döv­lət Rəsm Qa­le­re­ya­sın­da ger­çək­lə­şib. Mər­kəz­dən bil­di­rib­lər ki, sər­gi­də, ümu­mi­lik­də 17 rəs­sa­mın 40-dək əsə­ri nü­ma­yiş olu­nub. Sər­gi çər­çi­və­sin­də in­cə­sə­nə­tə ma­ra­ğı olan­lar üçün us­tad dərs­lə­ri təş­kil edi­lib.
La­yi­hə­nin əsas məq­sə­di səy­yar sər­gi­lər və us­tad dərs­lə­ri sa­yə­sin­də öl­kə­nin di­gər şə­hər və ra­yon­la­rın­da sa­də in­san­la­rın in­cə­sə­nə­tə da­ir bi­lik­lə­rini və ma­ra­ğı­nı ar­tır­maq, ya­ra­dı­cı po­ten­sia­lı olan gənc­lə­ri üzə çı­xar­maq, on­la­ra dəs­tək ver­mək­dir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar