Azərbaycanın Moldovadakı səfirliyi və Yakov Tixman Fondu iki ölkə arasında mədəni əlaqələrin inkişafına dair layihəni həyata keçirir.
   İyunun 27-də Kişineudakı “Niagara Art Gallery” Mərkəzində Azərbaycan rəssamları Nazim Məmmədov, Aqşin Kazımov, Anar Hüseynzadə və Nazim Şamxorovun əsərlərinin sərgisi açılıb. Onlar bir həftə Moldovada ölkənin tanınmış rəssamları ilə birlikdə çalışıblar.
   Sərginin açılış mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Yakov Tixman, Moldova Politexnik Universitetinin professoru Liviu Xınku çıxış ediblər. Mərasimdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət albomlar və kataloqlar nümayiş etdirilib.
   Bu ilin sentyabrında Azərbaycanda Moldova və Azərbaycan rəssamlarının görüşünü keçirmək planlaşdırılır. Bu görüş də rəsm əsərləri sərgisinin açılışı ilə başa çatacaq. Hər iki sərginin yekunları üzrə Azərbaycan və Moldova rəssamlarının əsərlərindən ibarət kataloqun nəşri nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar