İyunun 26-da Moskvada işə başlayan “Ənənələr və müasirlik” mövzusunda VII Beynəlxalq incəsənət festivalı çərçivəsində Əməkdar rəssam Tahir Məmmədovun fərdi sərgisi açılıb. 
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mərkəzi Rəssamlar Evində təşkil edilmiş sərginin açılışında ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahov, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Heydər Əliyev Fondunun, Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Tahir Məmmədovun əsərləri “Ənənələr və müasirlik” festivalında üçüncü dəfə nümayiş etdirilir. Bu dəfə rəssam rəngkarlıq əsərlərini və bədii fotoqrafiyalarını münsiflərin və tamaşaçıların mühakiməsinə verib.
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Tahir Məmmədovun əsərləri xarici muzey və qalereyalarda, ABŞ, Almaniya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır. O, Azərbaycanda fotoqrafiya haqqında “Bədii fotoqrafiya” adlı ilk kitabın müəllifidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar