“LN art centre” qalereyasında Prezident yanında Gənclər Fondunun maliyyə və “YeniSi” Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin təşkilati dəstəyi ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş plakat müsabiqəsinin yekun sərgisi keçirilib.
   Mərasimdə Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov, yazıçı-publisist Səyyad Aran, “YeniSi” Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin icraçı direktoru Maral Mustafazadə, tənqidçi Tehran Əlişanoğlu, sənətşünas Vidadi Qafarov və digər çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar.
   Layihənin əlaqələndiricisi Heyran Mustafayevanın sözlərinə görə, müsabiqəyə Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və həvəskar dizaynerlər - ümumilikdə 25 müəllif 33 iş təqdim edib.
   İşlərin ekspertlər tərəfindən qiymətləndirilməsi nəticəsində birinci yerə Seymur Süleymanlı (“Xalq gərək daim öz kökünü xatırlasın”), ikinci yerə Fəxri Abbasov (“Azərbaycan dünyaya günəş kimi doğacaq”), üçüncü yerə Faiq Cəbrayılov (“Mən...”) layiq görülüblər.
   Qaliblər hədiyyə və diplomlarla təltif edilib. Əlavə altı iştirakçıya həvəsləndirici diplom təqdim olunub.
   Müsabiqədə iştirak etmiş plakatlardan ibarət kataloq hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar