Türkiyənin Balıkəsir bölgəsində təşkil edilən beynəlxalq ritm və incəsənət düşərgəsində Azərbaycandan da nümayəndə heyəti iştirak edir. Artıq dördüncü dəfə gerçəkləşən layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gələn xalqların milli musiqi ənənələrini və rəqslərini qarşılıqlı şəkildə paylaşmaq və tədris etməkdir.
   İyulun 27-də açılan budəfəki düşərgədə iştirak edən azərbaycanlı rəqqasə Nigar Sultanova dünyanın müxtəlif ölkələrindən gəlmiş musiqiçilərə Azərbaycan rəqslərini tədris edir. Düşərgə avqustun 12-də açıq havada veriləcək konsertlə başa çatacaq.