Gənc rəssamın ilk fərdi sərgisi
   
   Avqustun 1-də Müasir İncəsənət Mərkəzində gənc rəssam Fazil Hümbətlinin “Delusion” (“İllüziya”) adlı ilk fərdi sərgisi açılıb. Sərgidə həvəskar rəssamın 30-dək əsəri nümayiş olunur və hər biri insan hisslərini simvolizə edir.
   Əsərlərin əksəriyyəti sürrealizm və abstraksionizm mövzusundadır. Rəssam bunun səbəbini əsərlərinə sonsuz dəyər bəxş edən hissləri və düşüncələri ilə izah edir.
   “Qorxu və ümid” adlı rəsm əsərində bəyaz kətan üzərindəki hər açıq rəng ümidləri, hər tünd rəng isə qorxunu əks etdirir. Lakin qorxu ümidlərin işığını söndürə bilmir.
   “Həyatın kənarında” əsərinin mərkəzində isə möcüzə dayanır. Rəssam göstərmək istəyir ki, bəzən həyatda qeyri-adi hadisələrlə rastlaşırıq və bu hadisələri möcüzə adlandırırıq. Lakin unutduğumuz bir məqam var ki, həyatda sıradan saydığımız bir çox şey, o cümlədən həyat və var olmağımız da möcüzədir.
   Müəllif “Azadlığa baxış” əsərində cismin deyil, ruhun azadlığını ifadə edir.
   Bakı şəhərindəki 96 nömrəli orta məktəbin 10-cu sinfində oxuyan Fazil Hümbətli gələcəkdə memar olmaq istəyir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar