İyunun 18-də Belçikanın paytaxtı Brüsseldəki “Brenart” qalereyasında gənc azərbaycanlı rəssamların Milli Qurtuluş Gününə həsr olunmuş sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları”nın dəstəyi, Azərbaycanın Belçikadakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə 5 gənc rəssamın 60 əsəri nümayiş olunur. 
   Mərasimdə çıxış edən səfir Fuad İsgəndərov bu cür sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə olduğunu deyib. Səfir iştirakçı rəssamlara plaketlər təqdim edib. Sərgi iyunun 22-dək davam edəcək.
   
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar