“Azərbaycan İncəsənət Festivalı-2013” davam edir
   
   “Baku Creative Center” yaradıcılıq mərkəzinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar mobile”nin baş sponsorluğu ilə reallaşdırdığı “Azərbaycan İncəsənət Festivalı-2013” (“Azerbaijan Art Festival-2013”) layihəsi çərçivəsində regionlarda sərgilər davam edir. Növbəti sərgi Kürdəmir Dövlət Rəsm Qalereyasında keçirilib.
   “Baku Creative Center” yaradıcılıq mərkəzindən bildiriblər ki, sərgidə 17 rəssamın 40-dək əsəri nümayiş olunub. Layihə çərçivəsində rəqqas Emil Adıgözəlli performans nümayiş etdirib, Məmməd Rəşidov incəsənətə marağı olanlara ustad dərsləri keçib.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsi çərçivəsində gerçəkləşən incəsənət festivalının məqsədi səyyar sərgilər və ustad dərsləri vasitəsilə ölkənin şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməkdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar