“YARAT!” məşhur amerikalı rəssamın layihəsinin təqdimatını keçirib
   
   “YARAT!” Müasir İncəsənət Məkanı “PARTICIPATE” Baku Public Art” festivalı çərçivəsində amerikalı rəssam Mark Cenkinsin “Manimals” layihəsini, həmçinin onun rəhbərlik etdiyi ustad dərslərində tələbələrin “Animal planet” mövzusunda şəhər mühiti üçün hazırladıqları müxtəlif layihələri təqdim edib.
   
   Bakının Fəvvarələr meydanında təqdim edilən layihənin məqsədi planetin təbii mühitinin deqradasiyasının qarşısını almaq, insan və təbiət arasında harmoniyaya nail olmaqdır. Heykəllər xüsusi qablaşdırılan şəffaf lentdən, “Scotch 3M” yapışqan lentdən yaradılıb. Layihənin kuratoru Nailə Allahverdiyevadır.
   Mark Cenkins 1970-ci ildə ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində dünyaya gəlib, hazırda Vaşinqton şəhərində yaşayır. Amerikalı sənətçi dakt-teypdən hazırladığı küçə instalyasiyalarına görə bütün dünyada məşhurdur.
   Onun əsərləri haqqında “Time Out New York”, “The Washington Post” və “The İndependent” kimi nəşrlərdə yazılar dərc olunub. Dünyanın küçə incəsənətini işıqlandıran ən məşhur bloqlarından biri woostercollective.com Mark Cenkinsin işlərini xüsusi təhlil edib. Rəssamın əsərləri ABŞ, Braziliya və Böyük Britaniyanın qalereyalarında sərgilənir.
   Mark Cenkinsin layihələri başqalarını da dünyanın hər yerində “scotch culture”ni inkişaf etdirməyə ruhlandırıb. Sənətçi yeni texnologiyalarını fəal şəkildə www.tapesculpture.org elektron səhifəsində irəli sürur və səfər etdiyi şəhərlərdə iş vaxtı efemer heykəllərin yaradılma prosesini öyrədir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar