“İrəli” İctimai Birliyinin (İB) mədəniyyət və incəsənət mərkəzi “Rəssamlıq məktəbi” layihəsinə başlayır. İncəsənət sahəsində istedadlı gənclərin bilik və bacarıqlarının artırılmasına yönələn layihə 3 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində gənclər üçün rəsm dərsləri təşkil olunacaq. Bununla yanaşı, layihə iştirakçıları tanınmış rəssamlardan “ustad dərsləri” alacaqlar. Sonda isə iştirakçıların əl işlərindən ibarət sərgi təşkil olunacaq. Layihədə iştirak etmək istəyənlər özləri barədə informasiya və əlaqə vasitələrini sentyabrın 2-dək culture@ireli.az ünvanına göndərməlidirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar